Onlayn ictimai-siyasi qəzet
Kamala Harrisin Kaliforniyadakı evinin yaxınlığında çəkiliş edən polşalı jurnalistlər qarət edilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, TVP Info qrupu Demokratlar Partiyasından prezidentliyə namizədin böyüdüyü evin yaxınlığında süjet çəkərkən avadanlıqları səkidə qoyub.
Az sonra avadanlıqlar oğurlanıb. Jurnalistlər GPS-dən istifadə edərək qarətçiləri müəyyən edə biliblər. Məlum olub ki, onların avadanlıqlarını qaradərili qadınlar (onlardan biri azyaşlı) oğurlayıblar. Oğrular əvvəlcə avadanlıqları tapdıqlarını desələr də, sonradan onlardan biri oğurluq etdiklərini etiraf edib.
Texnika geri qaytarılsa da, oğrular saxlanmayıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ