Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Demokratlar Partiyasından prezident seçkilərində iştirak etmək üçün ən şanslı namizəd hesab edilən ABŞ-ın vitse-prezidenti Kamala Harris avqustun əvvəlində seçki yarışında öz vitse-prezident namizədini açıqlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, potensial vitse-prezidentliyə namizədin adının yaxın iki həftə ərzində məlum olacağı gözlənilir.
İddiaçılar arasında kanal Kentukki, Pensilvaniya və Şimali Karolinanın qubernatorları Endi Beşar, Coş Şapiro və Roy Kuper, Arizona senatoru Mark Kelli və ABŞ-ın nəqliyyat naziri Pit Butteqiqi xüsusi qeyd edir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ