Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqına inteqrasiyanın dayandırılması onunla bağlıdır ki, Gürcüstan hakimiyyəti Ukraynada baş verdiyi kimi, öz xalqından başqa dövlətlərin maraqları üçün istifadə olunmasına imkan vermir.
Musavat.com xarici mətbuata istinadla xəbər verir ki, bu fikri hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze bildirib.
O deyib ki, bizim siyasətimiz Gürcüstanın azad, müstəqil, suveren dövlət olmasını təmin etməyə yönəlib".
Qeyd edək ki, Aİ rəsmiləri Gürcüstana qarşı atdıqları addımı bu ölkənin parlamentinin xarici agentlər haqqında qanun qəbul etməsi ilə bağlayır və belə bir qanun qəbul edərək Aİ-dən yardım almağın mümkünsüzlüyünü qeyd edirlər.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ