İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun azyaşlı oğlanlarının Ukraynada nə işi var? - Hüquq müdafiəçiləri bunu cinayət sayır

Xəbər verildiyi kimi, Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti video yayımlayaraq üç azyaşlı oğlunun Ukraynada döyüşlərdə iştirak etdiyini iddia edib. Kadırovun sözlərinə görə, onlar "qızğın döyüşlərin getdiyi" "təmas xəttində" olublar.

Çeçenistan rəhbərinin iddiasına əsasən, 16 yaşlı Axmat, 15 yaşlı Zelimxan və 14 yaşlı Adam "Ukrayna mövqelərinə yaxın sızaraq irəliləyən rus döyüşçülərini qoruyublar". Yayımlanan videoda atışma səsləri eşidilir və yeniyetmələr qumbaratanlar da daxil olmaqla müxtəlif silahlardan atəş açırlar. Doğrudur, görüntülərin həqiqiliyinə şübhə edən ekspertlər də az deyil.

Bundan başqa, işin hüquqi tərəfləri də ortaya çıxıb.

Belə ki, Rusiyanın ratifikasiya etdiyi BMT-nin Uşaq Hüquqları Konvensiyası dövlətləri 15 yaşına çatmamış şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirakdan yayındırmaq üçün bütün mümkün tədbirləri görməyə məcbur edir. Hüquq müdafiəçilərinin fikrincə, 15 yaşınadək yeniyetmənin döyüşlərdə iştirakı əsl müharibə cinayətidir.

Uşaq hüquqlarına cavabdeh olan Rusiya rəsmiləri Kadırovun oğullarının müharibəyə göndərilməsi ilə bağlı xəbərlərini hələlik şərh etməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR