Onlayn ictimai-siyasi qəzet
Çeçenistan prezidenti Ramzan Kadırov təyyarə qəzasında həlak olanların və yaralananların ailələrinə maddi yardım göstərilməsini tapşırıb.
Musavat.com xəbər verir ki, Çeçenistan Respublikasının rəhbərliyi Qazaxıstanda qəzaya uğrayan AZAL-ın təyyarəsində həlak olanların və yaralananların ailələrinə maddi və digər yardımlar göstərəcək.
Bunu vilayət hökumətinin sədr müavini Xasan Hakimov jurnalistlərə bildirib.
“Ramzan Axmatoviç Kadırovun göstərişi ilə təyyarə qəzasında həlak olanların və yaralananların ailələrinə maddi yardım və ehtiyacları olan bütün digər yardımlar göstəriləcək”. - , deyə Hakimov qedy edib.
Toğrul İSMAYIL,
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ