Onlayn ictimai-siyasi qəzet
“Qarabağ" futbolçusu Kadi Borgesin transferi ilə bağlı Rusiya "Krasnodar"ı ilə razlığa gəlib.
Qol.az sportlife.az saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 2023-cü il yanvar ayının 12-də Dubayda "Krasnodar"la rəsmi müqavilə imzalayacaq. Klubun təlim-məşq toplanışı Dubayda olduğu üçün Kadi birbaşa ora yollanacaq.
Qeyd edək ki, Kadi Borges 2021-ci ildən "Qarabağ"ın formasını geyinir.
Qol.az-ın da əldə etdiyi xəbərə görə, Kadininin qış fasiləsində klubdan gedəcəyi dəqiqləşib. Qarşı tərəf Kadi üçün tələb olunan 5 milyon avronu ödəməyə razılaşıb. Kadinin özünə yüksək maaş təklif olunduğundan futbolçu getməyə razılaşıb.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a qısaca olaraq bildirib ki, hazırda Kadinin transferi məsələsi gündəmdədir və tərəflər arasında danışıqlar gedir.
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ