İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadi Borges “Qarabağ”dan getdi

Kadi Borges “Qarabağ”dan ayrılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Kadi Borgesin transferilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.

Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR