Onlayn ictimai-siyasi qəzet
Türkiyədə yayın əvvəlindən meşə yanğınlarının sayı keçən ilin iyun ayının ilk üç həftəsi ilə müqayisədə təxminən beş dəfə çox olub.
Rəsmi statistikaya görə, 2024-cü il iyunun 1-dən 21-dək Türkiyədə 399 meşə yanğını qeydə alınıb. Halbuki, ötən ilin müvafiq dövründə ölkənin meşə massivlərində 84 yanğın aşkar edilərək söndürülüb.
2023-cü ilin altıncı ayının ilk üç həftəsində Türkiyədə yanğınlar nəticəsində 41 hektar meşə sahəsi zərər görmüşdüsə, bu ilin iyun ayının əvvəlindən bu göstərici 2548 hektara çatıb.
İyun ayının gəlməsi ilə meşə zonalarından kənar ərazilərdə də yanğınların sayı kəskin artıb. Son üç həftə ərzində bu göstərici 551-ə çatıb, halbuki 2023-cü il iyunun 1-dən 21-dək Türkiyədə 155 məntəqədə yanğınlar söndürülüb.
Mütəxəssislər iyun ayında yanğınların sayının artmasını adətən iyul-avqust ayları üçün xarakterik olan kəskin istilərlə əlaqələndirirlər.
Türkiyə səlahiyyətliləri daha əvvəl yanğınlara səbəb olan insan faktoru riskini minimuma endirməyə çalışaraq ölkənin meşə massivlərinə səfərə qadağa qoyub./Publika.az
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ