İnsanlara hürriyət, millətlərə istiqlal!

Kabildə partlayış nəticəsində altı nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabilin qərbində baş verən iki partlayış nəticəsində ən azı altı nəfər həlak olub.

AZƏRTAC Pajhwok informasiya agentliyinə istinadla xəbər verir ki, birinci partlayış paytaxtın qərbində yerləşən “Mumtaz” məktəbində, ikinci partlayış isə Şəhid Rəhim adına məktəbdə törədilib.

Hadisə nəticəsində, həmçinin onlarla insanın yaralandığı bildirilir. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməyib.

KİV-də yayılan digər xəbərdə Kabildə üç partlayışın baş verdiyi bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR