İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər arasında şahmat üzrə komanda yarışı başlayır

İyulun 9-da 22 iyul Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat üzrə komanda yarışına start veriləcək. “Azərloteraya”nın baş sponsorluğu ilə təşkil olunan turnirin qrup mərhələsinin oyunları Respublika Şahmat Mərkəzində keçiriləcək.

Musavat.com-un məlumatına görə, ilkin olaraq qeydiyyata 56 jurnalistin müraciət etməsinə baxmayaraq, yarışda 32 media nümayəndəsi təmsil olunacaq. Bunlardan 9-u TV, 20-si sayt, 3-ü isə qəzet əməkdaşıdır.

Çempionatın qalibləri 22 iyul Milli Mətbuat Günü ərəfəsində mükafatlandırılacaq. İlk üç yeri tutacaq komandalara pul mükafatı, sponsorlardan qiymətli hədiyyələr və diplom təqdim olunacaq. Eyni zamanda bağlanış mərasimində Təşkilat Komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək.
Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının Texniki direktoru Rəhim Qasımovdur.

Qeyd edək ki, jurnalistlər arasında şahmat turniri ilk dəfə olaraq komanda şəklində baş tutacaq. İki nəfərdən ibarət olan komandalar püşk nəticəsində müəyyənləşib. Qrup mərhələsi dairəvi sistemlə keçiriləcək. Hər qrupda 8 komandanın mübarizə apardığı turnirdə ilk dördlük 1\4 finala vəsiqə qazanacaq. 1\4 finaldan etibarən yarış olimpiya sistemi ilə davam edəcək. Reqlamentə əsasən, hər oyuna 10 dəqiqə verilməklə hər gedişə 3 saniyə əlavə olunacaq.

Jurnalistlər arasında şahmat çempionatı “Azərloteraya”nın baş sponsorluğu, Coca Cola, yapon saatı markası CASIO EDIFICE, Cinema Plusun sponsorluğu, Azerçay və Cofe Enjoy-un tərəfdaşlığı ilə keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR