İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalisti işgəncələrlə öldürən mafiya üzvləri 21 il sonra həbs edildi

2 iyun 2002-ci ildə Brazilyada dəhşətli hadisə baş verdi. Araşdırmaçı jurnalist Tim Lopezin ölümü ölkədə geniş əks-səda doğurmuşdu.

Belə ki, paytaxt Rioda yeniyetmə və uşaqları satan insan alverçilərinin izinə düşməsi ilə jurnalistin özü həmin mafiyanın hədəfinə çevrilir.

Dəstə üzvləri tərəfindən qaçırılan Lopez meşəyə aparılır və işgəncələrlə öldürülür.

Musavat.com “Qardiana” istinadən xəbər verir ki, 21 il sonra baş vermiş cinayət işi nəhayət ki, yekunlaşıb. Mafiya üzvləri və dəstə lideri tutulub, mafiya lideri Elias Maluco qətlə görə 28 il müddətə həbs cəzasına məhkum edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, mafiya üzvləri tərəfindən tutulan jurnalist Tim Lopez meşəyə aparılıb, ağaca bağlanaraq saatlarla işgəncələrə məruz qalıb. Hətta onun sağ ikən samuray qılıncı ilə əllərinin, ayaqlarının və cinsiyyət orqanının kəsildiyi bildrilir. Bədəni parçalandıqdan sonra jurnalistin cansız bədəninin hissələri yandırılıb.

Qeyd edək ki, ölümündən sonra jurnalistin adı paytaxt Riodakı məktəblərdən birinə verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR