İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB-“Satqın sözü sənə yaraşır”

Xəbər verdiyimiz kimi, sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb. Gizli məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub.

Elmira Axundovanın rus dilində yazdığı gizli məktubunda o, tanınmış jurnalistlər Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının və Afət Telmanqızının adlarını çəkərək barələrində ölçü götürülməsini tələb edib.

Məktubda yazılanlara Afət Telmanqızı özünün feysbuk hesabından münasibət bildirib.

AFET.jpg (41 KB)

Tanınmış jurnalistin fikirlərini təqdim edirik:

“Rusiya-Ukrayna müharibəsi başlayan gün Ukraynada yaşayan azərbaycanlıları Allahın ümidinə buraxıb qaçan fərari səfir Elmira Axundova. Adımı çəkib o zaman Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevə müraciət etmisən ki, tədbir görsün. Nəyə görə tədbir görməliydi? Dələduzluqla məşğul olan oğlunun qanunsuzluqlarını göstərdiyim üçünmü? Ana-bala dövləti talan etdiyinizi dediyim üçünmü? Satqın sözü sənə yaraşır. Hansı satqınlığımı görmüsən? Sənin kimi, oğlun kimi dövlətə, millətə xəyanət etməmişəm ki. Kimlərinsə haqqına girməmişəm ki. Kimlərinsə pullarını mənimsəməmişəm ki. Kimlərinsə ölümünə səbəb olmamışam ki. Utan. Sənin oğlun nə qədər ki, cinayət törədib azadlıqda gəzəcək, sən hamıya böhtan atacaqsan. QAÇAQ SƏFİR”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR