İnsanlara hürriyət, millətlərə istiqlal!

Joxovurd: Paşinyanın himayəsi ilə bir xanım İrəvanda yüksək vəzifəyə təyin edilib

Daim qohum-tanış vasitəsilə işlə təmin olunmadığını inkar edən, "şəffaflıq" qışqıran Nikol Paşinyanın dövründə “qohumbazlıq” sistemi yeni çiçəklənmə dövrünü yaşayır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazır.

“Artıq bəllidir ki, “məxməri inqilabçıların” dövründə bu çirkin hadisə o qədər böyüyüb və geniş vüsət alıb ki, təkcə dövlət strukturlarına, məktəblərə və ya uşaq bağçalarına deyil, mədəniyyət ocaqlarına da sirayət edib. Belə ki, İrəvanda muzeyə yeni direktor təyin olunub. Bu vəzifəyə Armenui Avetisyan gətirilib”, - deyə xəbərdə bildirilir.

Gələn xəbərlərə görə, Aremenui Avetisyan İrəvan meriyasının tikinti və abadlıq şöbəsinin müdiri Xoren Qriqoryanın həyat yoldaşıdır.

“Sonuncunun birbaşa baş naziri Nikol Paşinyanla yaxın olduğu və hakim partiyada yer aldığı gələn xəbərlər arasındadır”, – deyə “Joxovurd” qəzeti yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR