İnsanlara hürriyət, millətlərə istiqlal!

“Joxovurd”: “Ermənistanda tezliklə 3 deputatın toxunulmazlığına son veriləcək”

Ermənistanın yeni təyin olunmuş baş prokuroru Anna Vardapetyan yaxın vaxtlarda parlamentə 3 deputatın həbsi ilə bağlı vəsatət təqdim edəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

“Söhbət “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan, həmin fraksiyanın deputatları Vahe Akopyan və Armen Çarçyandan gedir”, - deyə yazıda qeyd olunub.

Qəzetin məlumatına əsasən, deputatlara qarşı başlanan cinayət işləri müxtəlif faktlarla bağlıdır. Prokurorun konkret hansı cinayət işi üzrə vəsatət qaldıracağı hələ bilinmir..

Baş prokurorun müşaviri Lusine Martirosyan isə “hazırda bu şəxslərlə bağlı Baş Prokurorluğun heç bir vəsatəti yoxdur” deməklə kifayətlənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR