İnsanlara hürriyət, millətlərə istiqlal!

Jan-Klod Van Damm Bakıya gələcək - VİDEO

Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Damm Bakıya səfər edə bilər.

BAKU.WS xəbər verir ki, bunu azərbaycanlı döyüşçü Zabit Səmədov Lalə Azərtaşın yutub layihəsinə müsahibəsində açıqlayıb.

O, bildirib ki, yaxın dostu aktyoru Bakıya gətirəcəyinə söz verib:

“Jan-Klod Van Dammın filmləri ilə böyümüşəm, onun hərəkətlərinə baxaraq döyüşməyi öyrənmişəm. Ola bilsin ki, mənim son döyüşümdə iştirak etsin”.

Qeyd edək ki, sentyabrın 10-da Milli Gimnastika Arenasında Zabit Səmədovun vida döyüşü baş tutacaq. Onun rinqdəki rəqibi qarışıq döyüş növləri üzrə braziliyalı döyüşçü Antonio Silva olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR