Onlayn ictimai-siyasi qəzet
Ötən il noyabrın 13-nə keçən gecə Binəqədinin Matadrom yaşayış massivində Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü İzmir Savadovun qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1995-ci il təvəllüdlü Həsənağa Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Məhkəmədə məlum olub ki, İzmir daimi olaraq Gəncədə yaşasa da, Bakıya tez-tez gəlib-gedirmiş. Hadisəni törədən Həsənağa isə taksi sürücüsü kimi işləsə də, narkotik vasitə aludəçisi olub.
Hadisə günü İzmir bir neçə dostu ilə birgə "Toyota Prius" markalı avtomobillə Motodrom yaşayış massivinə narkotik vasitə almağa gedib. Bu zaman Həsənağa da "Azsamand" markalı avtomobili ilə yaşadığı həmin yerə gəlib. O, şübhəli avtomobil hesab etdiyi "Toyota Prius"u izləməyə başlayıb və ardınca bir neçə dövrə vurub. Bundan sonra İzmir avtomobildən düşüb və Həsənağa onun yanından keçərkən mübahisə baş verib.
Mübahisə dərhal münaqişəyə çevrilib və Həsənağa qəfil bıçaq çıxararaq İzmirə ağır zərbələr endirib. 24 yaşlı İ.Savadov aldığı xəsarətlərdən vəfat edib.
Məhkəmənin hökmü ilə Həsənağa Əliyevə 17 il həbs cəzası təyin edilib.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ