İnsanlara hürriyət, millətlərə istiqlal!

İvanişvili Rusiyanı aldadıb?

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilən parlament seçkilərində Bdzina İvanişvilinin fəxri lideri olduğu “Gürcü Arzusu”nu 54,09% səslə qalib elan etdi. Dörd müxalifət partiyasının ətrafında yaradılmış koalisiya ümumilikdə cəmi 37,6 faiz səs toplayıb. Bu o deməkdir ki, “Gürcü Arzusu” yaxın dörd ildə hökumət də qalmaq şansı qazanıb.

Əksər müşahidəçilər bu uğurda İvanişvilinin rolunu ciddi qiymətləndiriblər. Bəzi risklərə baxmayaraq, İvanişvili özü seçicilərlə görüşlərə gedib, partiyasının mövqelərini anlaşılan tərzdə izah edib.

Musavat.com xəbər verir ki, “Nezavisimaya qazeta” hakimiyyəti öz əlində saxlayan “Gürcü Arzusu”nun, konkret olaraq hökumətin siyasətini müəyyənləşdirən Bdzina İvanişvilini hansı addımlar atacağı haqda yazıb.

“Bundan sonra İvanişvili Rusiyanın səbirsizliklə gözlədiyi “Qərblə boşanma prosesinə” başlamayacaq. Əksinə, mövqeyini gücləndirdikdən sonra ABŞ və Avropa İttifaqı ilə dialoqu bərpa etməyə çalışacaq. Rusiyaya gəlincə, bu istiqamətdə Abxaziya və Cənubi Osetiya problemi qalır.

“Gürcü Arzusu”nun nümayəndələri, Rusiyanı Gürcüstan ərazisinin bir hissəsini işğal etmiş qüvvə kimi qəbul edirlər. Gürcü müxalifəti və onların Qərb müttəfiqləri isə partiyanı Rusiyanın “təsir agenti” adlandırırlar, çünki onlar sadə gürcülər arasında Moskvaya olan etimadı sarsıtmaq istəyirlər. Rusiya ilə müvəqqəti yoldaş yox, müttəfiq olmaq üçün siyasətçilərlə işləməli, kompromislər axtarmalı və mövqeləri bir-birinə yaxınlaşdırmalıdır. Rusiya Gürcüstanla yaxınlaşmaq istəyi də nəzərə çarpmır.

Təbii ki, bir saatlıq şöhrət naminə hər şeyi etməyə razılaşan siyasi fırıldaqçılara həmişə rast gəlmək olar. Ancaq belə adamların ciddi siyasi qüvvə yaratması ehtimalı azdır. Buna misal olaraq, Moldovada özünü Rusiyanın əsas müttəfiqi kimi təqdim edən oliqarx İlan Şoru göstərmək olar. Moskvada özünün “Qələbə” blokunun qurultayını keçirdi, qaqauzlara maaş artımı və təqaüdləri Rusiya bankları vasitəsilə ödəyəcəyini vəd etdi. Nəticədə Şorun maraqlarını təmsil edən prezidentliyə namizəd seçkilərdə iştiraka buraxılmadı”.

Снимок-1.JPG (81 KB)

“Nezavisimaya qazeta” yazır ki, Gürcüstanıda Rusiyayönümlü siyasətçilərin peyda olacağına ümid bəsləməyə yox, regionla əlaqələri gücləndirməyə çalışmaq lazımdır. Hələlik belə çıxır ki, Azərbaycan Türkiyə üçün qardaş ölkədir, Rusiya təhlükəsizlik qüvvələri Ermənistanı tədricən tərk edir, Gürcüstan üçün isə Rusiya heç də dost dövlət deyil.

O, 2012-ci il oktyabrın 1-də keçirilən parlament seçkilərində qələbə qazanandan sonra Gürcüsranda iqtidarda olan “Gürcü Arzusu” siyasi partiyasının yaradıcısı və lideridir. İvanişvili 2013-cü ilin noyabrından Gürcüstanın baş nazir vəzifəsindən istefa verəndən sonra heç bir dövlət mövqeyi tutmur. Amma Gürcüstanda və ölkə hüdudlarından kənarda onu ölkənin kölgədəki rəhbəri adlandırırlar. Gürcüstanın yüksək vəzifəli rəsmi şəxsləri və “Gürcü Arzusu” partiyasınnın təmsilçiləri mühüm qərarlar qəbul etməzdən əvvəl açıq şəkildə onunla məsləhətləşirlər.

Bidzina İvanişvili “Forbes”in dünya milyarderləri siyahısına daxil olmuş yeganə gürcüstanlı milyarderdir. O, əsas kapitalını Rusiyada qazanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR