Onlayn ictimai-siyasi qəzet
“Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin həyatına sui-qəsd cəhdini həyata keçirənlər, Robert Fitso və Donald Trampı öldürmək istəyənlər eyni qüvvələrdir”.
Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb.
“Bu yaxınlarda iki terror aktı baş verib - biri Slovakiyada, ikincisi ABŞ-da. Bunlar qlobal siyasi qüvvələri xarakterizə edən ümumi imzadır”, - deyə Kobaxidze qeyd edib.
Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Bidzina İvanişviliyə qarşı sui-qəsd hazırlığı ilə bağlı bəyanat verib. DTX-nin fikrincə, sui-qəsd Ukraynada yaşayan keçmiş gürcü məmurları tərəfindən təşkil edilib və maliyyələşdirilib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ