İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın baş naziri Makronu xəyanətdə ittiham etdi

İtaliyanın baş naziri Corciya Meloni miqrantlarla bağlı fikir ayrılığına görə Fransanı xəyanətdə ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” portalı məlumat yayıb.

Məlum olub ki, rəsmi Paris Aİ-nin miqrantların bölüşdürülməsi ilə bağlı planını donduraraq İtaliyadan daxil olan 3500 miqrantı qəbul etməkdən vaz keçib. İtaliyanın içi miqrantla dolu “Ocean Viking” adlı gəmini limana buraxmayaraq onu Fransaya yönəltməsi iki ölkə arasında gərginliyə gətirib çıxarıb. Üstəlik, Fransanın daxili işlər naziri Jerald Darmanin miqrantların sərhədi keçməsinin qarşısını almaq üçün İtaliya ilə sərhədi gücləndirəcəklərini açıqlayıb.

Romada keçirdiyi mətbuat konfransında Corciya Meloni vəziyyəti anlaşılmazlıq kimi dəyərləndirib. Meloni Fransa hökumətinin anlaşılmaz və əsassız surətdə aqressiv reaksiyasından heyrətləndiyini bildirib, İtaliyanın təkcə bu il Aralıq dənizindən 90 min miqrantı qəbul etdiyini xatırladıb.

İtaliya baş nazirinin sözlərinə görə, miqrantların yenidən bölüşdürülməsi ilə bağlı Avropa İttifaqı ölkələrinin iyunda razılaşdırdığı könüllü sxem öz məqsədlərinə çatmayıb. İtaliyanı tərk etməli olan 8000 nəfərdən cəmi 117-i, o cümlədən 38-i Fransaya köçürülüb.

Baş nazirin fikrincə, İtaliya Afrikadan gələn bütün miqrantlar üçün qapı ola bilməz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR