İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada iki keşiş kilsədə “evləndi” — müqəddəs məkan rüsvay edildi, Allahın evi murdarlandı - VİDEO

İtaliyada baş verən biabırçı hadisə xristian dünyasında, eləcə də sağlam əxlaqi dəyərlərə bağlı hər kəs arasında dərin hiddət doğurub. Belə ki, iki kişi — hər ikisi keşiş libasında — kilsənin içində xüsusi təşkil olunmuş mərasimlə “nikah kəsdiriblər”.

Musavat.com xarici media cə təqdim etdiyi görüntülər əsasında bildirir ki, onlar üçün kilsədə böyük mərasim qurulub, ayin keçirilib, canlı musiqi proqramı təşkil olunub, salon xüsusi bəzədilib. Onlar isə altar önündə əl-ələ tutub gülərək dayanıb, sanki müqəddəsliyi təhqir edirmiş kimi davranıblar. Mərasimdə yüzlərlə insan iştirak edib, onları ayağa qalxaraq alqışlayıb.

Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra sərt etirazlara səbəb olub. İnsanlar “Allahın evi murdarlanıb”, “bu müqəddəs məkan rüsvay edildi” deyərək kilsə rəhbərliyini və bütövlükdə belə rüsvayçı əməlləri pisləyiblər.

Hətta bəzi izləyicilər sərt dillə: “Heç xeyirli olmasın. Allahın evi murdarlanıb… Sizə Tramp qənim olsun!” — deyə hiddətlərini ifadə ediblər.

Qeyd edək ki, katolik kilsəsinin qanunlarına görə belə münasibətlər açıq şəkildə haram sayılır və hər hansı keşişin eyni cinsdən olan biri ilə nikah kəsdirməsi rəsmi kilsə qaydalarına ziddir. Buna baxmayaraq, İtaliyada baş vermiş bu hadisə hələlik Vatikan və digər ali dini dairələr tərəfindən rəsmi olaraq şərh edilməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR