Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Katanzaro sahillərindən təxminən 15 kilometr uzaqlıqda göyərtəsinə su dolmağa başlayan 40 metr uzunluğunda super yaxta batıb.
AZƏRTAC xəbər verir ki, yardım çağırışından sonra Avropa Sərhəd və Sahil Mühafizə Xidməti adından Rumıniyaya məxsus bir gəmi və daha bir patrul gəmisi bölgəyə göndərilib. Çanaqqalanın Gelibolu bölgəsindən yola düşərək Milazzoya gedən super yaxtadakı 4 sərnişin və 5 ekipaj üzvü xilas edilib.
Super yaxta xilasedici yedək gəmisi ilə limana çatdırılan zaman tamamilə batıb. Əlverişsiz hava şəraitinin əməliyyatın həyata keçirilməsinə mane olduğu bildirilib.
06 Oktyabr 2024
05 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ