Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ölkəni tərk etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsi Aşil Depre RİA Novosti-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, BQXK 2025-ci ilin sentyabr ayında Azərbaycandakı fəaliyyətini başa çatdıracaq. Bu qərar Azərbaycan hökumətinə məxsusdur.
"Biz beynəlxalq humanitar hüquq çərçivəsində müdafiə olunan şəxslərin maraqları naminə Azərbaycandakı fəaliyyətimizin gələcəyi ilə bağlı hökumətlə dialoq aparırıq", – deyə Aşil Depre bildirib.
O qeyd edib ki, danışıqlar hələ davam edir və məxfilik prinsipinə hörmət olaraq bu mövzu ilə bağlı əlavə açıqlama verilməyəcək.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ