Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yaydığı bəyanatında Rusiya prezidenti Vladimir Putinlə keçirilən son danışıqların məhsuldar nəticə verdiyini bildirib. Tramp qeyd edib ki, onun xüsusi nümayəndəsi Stiv Uitkoff Kreml rəhbəri ilə “çox əhəmiyyətli görüş” keçirib.
“Mənim xüsusi elçim Stiv Uitkoff az əvvəl Rusiya prezidenti Vladimir Putinlə olduqca məhsuldar bir görüş keçirdi. Əhəmiyyətli irəliləyiş əldə olundu! Daha sonra mən Avropadakı bəzi müttəfiqlərimizi də bu barədə məlumatlandırdım. Hamı bu müharibənin bitməli olduğunu qəbul edir və qarşıdakı günlər və həftələr ərzində bunun üçün birlikdə çalışacağıq”, – deyə Tramp bəyan edib.
ABŞ liderinin bu açıqlaması, Putinlə danışıqlardan sonra həm Vaşinqtonun, həm də Avropanın bu mərhələdə atəşkəsə yönəlmiş koordinasiyalı diplomatik həmlələr həyata keçirdiyini göstərir.
Eyni zamanda bu bəyanat Tramp administrasiyasının 8 avqust ultimatumunun yekun mərhələsinə keçdiyini, sanksiya və barış ssenarilərinin paralel şəkildə masada qaldığını təsdiqləyir.
Musavat.com
07 Avqust 2025
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ