İnsanlara hürriyət, millətlərə istiqlal!

Maksvell: “Tramp mənim yanımda heç vaxt nalayiq davranmayıb”

ABŞ prezidenti Donald Trampa qarşı müxtəlif dövrlərdə səsləndirilən iddialarla bağlı yeni açıqlama gündəmə gəlib.

Musavat.com xəbər verir ki, maliyyəçi Ceffri Epşteynin keçmiş yaxın əməkdaşı Gisleyn Maksvell ABŞ Ədliyyə Nazirliyinə verdiyi açıqlamada Trampı müdafiə edib.

ABC News-un yaydığı məlumata görə, hazırda həbsdə olan Maksvell bildirib: “ABŞ prezidenti Donald Tramp mənim iştirakımla heç vaxt nalayiq davranmayıb”.

Qeyd olunur ki, o, hazırda barəsində çıxarılmış məhkəmə hökmünü apellyasiya qaydasında mübahisələndirir və gələcəkdə rəsmi əfv üçün müraciət ehtimalını da nəzərdən keçirir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə dəfə Ceffri Epşteynlə eyni tədbirlərdə görüntülənsə də, onun cinayət işlərinə cəlb olunduğuna dair hər hansı hüquqi sübut təqdim edilməyib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR