Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
Musavat.com xəbər verir ki, məlumatı Axios internet portalının jurnalisti Barak Ravid açıqlayıb.
Onun mənbələrinə görə, “Trampın bu gün ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Zelenski ilə danışacağı gözlənilir”.
“Ukrayna həqiqəti” nəşrinin məlumatına görə, söhbət avqustun 6-da Vitkoffun Rusiyaya reallaşan səfərinin yekunlarına həsr olunacaq. Trampın Zelenski ilə sonuncu telefon danışığı avqustun 5-də baş tutub.
Musavat.com
28 Sentyabr 2025
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ