İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində çikunqunya virusuna yoluxanların sayı 7000-i keçdi

Çin Xalq Respublikasında çikunqunya virusuna yoluxma halları artmaqda davam edir. Ağcaqanadlar vasitəsilə yayılan bu virus son günlərdə ölkənin cənub vilayətlərində sürətlə yayılıb.

Musavat.com xəbər verirn ki, təkcə son bir həftədə Quandun vilayətində 3000-ə yaxın yeni yoluxma halı qeydə alınıb. Virusdan ən çox təsirlənən bölgə isə Foşan şəhəri olub.

Çikunqunya virusu qızdırma, baş və oynaq ağrıları ilə müşayiət olunur. Hazırda xəstələr yerli xəstəxanalarda müalicə alır, onlar ağcaqanadlardan qorunmaq üçün xüsusi torların altında saxlanılır.

Səhiyyə orqanları vətəndaşları ehtiyatlı olmağa, gigiyenik qaydalara ciddi riayət etməyə və ağcaqanad sancılarından qorunmaq üçün tədbirlər görməyə çağırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR