İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Vladimiri yola gətirməyi bacardı! Putin və Zelinskini görüşdürür! Anlaşdılar!

Musavat.com xəbər verir ki, dünya mediasının əsas mövzusu artıq bəllidir: ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə tarixi üçtərəfli görüş üçün bir araya gəlməyə hazırlaşır.

Xəbəri “The New York Times” yayıb və qeyd edib ki, bu sensasion plan artıq formalaşma mərhələsindədir.

Məlumata görə, Tramp bu gün Vladimir Putinlə telefon danışığı aparıb. Danışıqlar zamanı o, gələn həftə birbaşa, üz-üzə görüşməyi təklif edib.

Rusiya tərəfinin ilkin cavabı müsbət olub və bu dialoqun baş tutması artıq real sayılır. Lakin ən böyük sürpriz Zelenskinin də bu görüşə daxil edilməsi ilə bağlıdır.

“The New York Times” və digər beynəlxalq mənbələrin məlumatına görə, bu görüşdə yalnız üç şəxs iştirak edəcək: Tramp, Putin və Zelenski. Nə ABŞ dövlət katibi, nə Lavrov, nə də başqa rəsmi nümayəndələr masa arxasında olmayacaq. Bu, diplomatiya tarixində nadir, bəlkə də misli görünməmiş bir formatdır – iki müharibə tərəfi və ABŞ prezidenti – təkbətək, vasitəçisiz və tam qapalı formatda.

Musavat.com-a görə, bu görüş Trampın şəxsi təşəbbüsüdür. Onun məqsəd ABŞ-ın vasitəçiliyi ilə Ukrayna-Rusiya müharibəsini dayandırmaqdır və bu hədəfə nail olmaq ərəfəsindədir. Trampın komandası bu səfəri onun Nobel Sülh Mükafatı uğrunda namizədliyi üçün yeni mərhələ hesab edir. Görüşün dəqiq yeri hələ açıqlanmasa da, Vaşinqton və ya İsveçrənin neytral bir şəhəri əsas ehtimallar arasındadır.

Ekspertlər hesab edirlər ki, Tramp Rusiya ilə münasibətləri düzəltmək, Zelenskiyə isə atəşkəsə razı salmaqla öz diplomatik qüdrətini göstərmək niyyətindədir. Əgər bu üçtərəfli görüşdə hər hansı razılaşma əldə olunsa, bu, Cənubi Qafqazdan tutmuş Şərqi Avropaya qədər bütün regionun geosiyasi balansını dəyişə bilər.

Görüşün detalları hələ gizli saxlanılsa da, artıq dünya medianın diqqəti bu üç liderin üzərində cəmlənib. Səhnə qurulub – dünya nəfəsini tutub gözləyir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR