Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan maraqlı açıqlaması ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Akopyan yaxın vaxtlarda oxumağı planlaşdırdığı kitabın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” (“A Fairer World is Possible”) adlı əsər olduğunu deyib.
Onun bu açıqlaması Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Məlumat yerli və region mediasında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu kitabında beynəlxalq ədalətsizliklər, BMT-nin struktur problemləri və qlobal nizamın dəyişməsinin zəruriliyindən bəhs edir.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ