İnsanlara hürriyət, millətlərə istiqlal!

“İt hürər, karvan keçər... anormallar” – Hamlet İsaxanlı SƏRT DANIŞDI

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı yaratdığı “Dünya məktəbi” ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirib.

Bu barədə Musavat.com-a danışan rektor məktəblə bağlı yazılan şikayətləri mənasız, boş söhbət adlandırıb.

“Sifarişlə hazırlanmış yazıdır. Bu məsələ araşdırılır. Gülməli sözlər deyirlər, ağlamalı deyil. Ağıllarına nə gəlir danışırlar. Heç fikir də vermirəm, it hürər karvan keçər.Normal adamlar bilir ki, mənasız söhbətlərdir. Anormallar da inanırlar.

Sifarişi kimin etdiyini bilmirəm, heç araşdırmıram da. Həvəsim və vaxtım yoxdur. Oxumağa o qədər kitab var ki. Onlarla məşğulam.

“Dünya məktəbi”ni mən qurmuşam. Məktəbin məzunları dünyanın ən yaxşı universitetlərinə girirlər, Azərbaycanda yüksək vəzifələr tutublar. Elit bir məktəbdir”.

Qeyd edək ki, bir qrup valideyn "Qafqazinfo"ya müraciət edərək bildirib ki, Hamlet İsaxanlının "Dünya məktəbi"ndə təhsil haqqında qiymətlər ildən ilə dəyişir, kəskin artırılır, amma bu dəyişikliyi əsaslandırmağa cəhd belə göstərilmir.

Həmçinin qeyd olunur ki, dərsliklərin əvvəlinə mütləq qaydada Hamlet İsaxanlının, yaxud ailə üzvlərinin fikirləri, sitatları daxil olunur. Məktəbdəki yeməklərin kefiyyətindən də şikayət olunur.
Valideynlər deyirlər ki, dəfələrlə uşaqlarına qarşı şiddət tətbiq olunub, onlar müəllimlər tərəfindən döyülüb, həm özləri, həm də valideynləri təhqir olunub.

Bildirilir ki, məktəbdə Rusiyanın Kazan şəhərində 1980-ci illərin sonunda gənclərin kriminal qruplaşmaları haqqında bəhs edən "Slovo patsana" filminin kultu hökm sürür. Bundan ruhlanan yuxarı sinif şagirdləri əsl qruplaşma yaradıblar və kimsəyə göz verib, işıq vermirlər. Bu günlərdə onların 8-ci sinifdə oxuyan qızı döydükləri və ona xəsarət yetirdikləri söylənilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR