İnsanlara hürriyət, millətlərə istiqlal!

ISW: Ruslar uzun sürəcək müharibəyə hazırlaşır  

Moskvada hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi Ukraynadan hücum təhlükəsi ilə bağlı deyil. Çox güman ki, bu, şou oyunudur, onun köməyi ilə Kreml vətəndaşları uzun sürən müharibəyə hazırlayır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Təhqiqatları İnstitutunun (ISW) gündəlik hesabatında deyilir.

İnstitutun ekspertləri hesab edirlər ki, Moskva da Ukraynadan hər hansı zərbə gəlməyəcəyini bilir. Hava hücumundan müdafiə sistemləri çox güman ki vətəndaşların gözündə dəhşətli görüntülər yaratmaq üçün qurulub.

Hesabatda həmçinin qeyd edilir ki, Moskvada hava hücumundan müdafiə qurğularının quraşdırılması ilə bağlı görüntülərin yayılması Rusiya hakimiyyətinin  Böyük Vətən Müharibəsi ilə paralellər aparmaq, Ukraynanı Rusiya üçün real təhlükə yaradan ölkə kimi təqdim etmək niyyətini nümayiş etdirə bilər.

“Ola bilsin ki, bu yolla Kreml ruslar arasında müharibə tərəfdarlarının sayını artırmaq və onları gələcək səfərbərliyə hazırlamaq istəyir”,-deyə ISW ekspertində bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR