İnsanlara hürriyət, millətlərə istiqlal!

ISW-dan Rusiyaya ittiham- hərbi obyektləri mülki obyektlərin yanında yerləşdirir

Rusiya hərbçiləri işğal altındakı Krımda Ukraynanın zərbələrinin qarşısını almaq üçün hərbi obyektləri məqsədli şəkildə mülki insanların yaşadığı ərazilərdə yerləşdirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu məlumat ABŞ mərkəzli Müharibənin Araşdırılması İnstitutunun (ISW) müntəzəm hesabatında qeyd olunub

ISW-nin qeyd etdiyi kimi, Sevastopoldakı zərbədən sonra rusiyalı “hərbi müxbirlər” Müdafiə Nazirliyini və Krımdakı yerli işğal hakimiyyətini itkilərin qarşısını almamaqda və dinc sakinləri qorumaqda aciz qaldığına görə tənqid ediblər.

Xüsusilə Ukraynanın bombardmanları zamanı Krımda həyəcan siqnallarının işə düşməməsi diqqəti cəlb edib. Bundan başqa Rusiyanın hava hücumundan müdafiə sisteminin Sevastopola düşən raketləri vura bilmədiyi vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR