İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə hökuməti ölkənin ikinci ən böyük bankının milliləşdirilməsini nəzərdən keçirir

İsveçrə hakimiyyəti ölkənin “UBS”dən sonra ikinci ən böyük bankının tam və ya qismən milliləşdirilməsi imkanını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, “Credit Suisse”i təxminən 1 milyard frank (1,1 milyard ABŞ dollar -Red) qarşılığında almağı təklif edən “UBS” bankı ilə sövdələşmə uğursuz olarsa, hakimiyyət orqanları bu variantı nəzərdən keçirir.

Bu sövdələşmə, məlumatlı mənbələrə görə, “Credit Suisse” rəhbərliyi onun ən böyük səhmdarı - Səudiyyə Ərəbistanı Milli Bankının dəstəyi ilə təxirə salır.

Bununla belə, onun danışıqlar rıçaqları məhduddur, çünki digər variantlar bank investorları üçün daha da ağrılı ola bilər.

Bu arada “Financial Times” bildirib ki, “UBS” “Credit Suisse”i almaq təklifini 2 milyard dollardan çox artırıb.

“UBS” “Credit Suisse”in hər bir səhmi üçün 0,5 İsveçrə frankı (0,54 ABŞ dolları) ödəməyə hazırdır. Kredit təşkilatının qiymətli kağızları cümə günü ticarətin bağlanışında 1,86 frank (2 ABŞ dolları) dəyərində qiymətləndirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR