İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç və Finlandiyanın NATO üzvlüyünə yeni əngəl....

İsveç və Finlandiyanın NATO üzvlüyünə yeni əngəl ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu dəfə Macarsıtan onların Alyansa girişini bloklamaq istəyir.

Macarıstanın baş naziri Viktor Orbanın aparat rəhbəri şənbə günü Budapeştin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü ratifikasiyasında mümkün gecikmələr ola biləcəyi barədə xəbərdar edib.

Onun sözlərinə görə, bununla bağlı səsvermə yalnız martın ikinci yarısında keçirilə bilər.

Macarıstanda ratifikasiya prosesi hələ ötən ilin iyul ayından bəri parlamentdə dondurulub.

Bu həftənin cümə günü isə baş nazir Orban İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı narahatlığını ilk dəfə dilə gətirib. O, hər iki ölkəni Macarıstanda demokratiyanın sağlamlığı və qanunun aliliyi ilə bağlı “açıq yalanlar” yaymaqda ittiham edib.

Orbánın sözlərinə görə, şimal ölkələrinin üzvlük ərizələrinə səs verməzdən əvvəl parlament qrupları arasında daha çox müzakirə aparılmalıdır.

Əslində məsələ ilə əlaqədar yekun səsvermə martın 6-da baş tutmalıydı. Bununla belə, şənbə günü Orbanın köməkçisi Gergeli Qulyash daha çox vaxt lazım ola biləcəyini söyləyib.

"Macarıstan proseduruna görə, qanunun qəbulu təxminən dörd həftə çəkir, beləliklə, parlament bu məsələ ilə bağlı ən yaxşı halda martın ikinci yarısında, yəni martın 21-də səsvermə keçirə bilər.

Halbuki elə ötən ilin iyulunda Macar parlamenti kiçik biznes üçün vergi artımlarını gətirən qanunu cəmi iki gün ərzində qəbul etmişdilər.

Xatırladaq ki, İsveç və Finlandiyanın NATO üzvlüyü Türkiyə tərəfindən bloklanmışdı. Rəsmi Ankara daha sonra yalnız Finlandiyanın üzvlüyünə razılıq verə biləcəyinə işarə vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR