İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Türkiyə qarşısında GERİ ADDIM ATDI - Mühüm AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib.

Musavat.com xəbər verir ki, qalmaqallı hadisədən sonra İsveçin baş naziri Ulf Kristersson ilk dəfə açıqlama verib.

“İfadə azadlığı demokratiyanın əsas hissəsidir. Ancaq bir şeyin qanuni olması onun uyğun olması demək deyil. Çoxları üçün müqəddəs olan bir kitabı yandırmaq son dərəcə hörmətsizlikdir. Bu gün Stokholmda baş verənlərdən narahat olan bütün müsəlmanlara öz simpatiyamı bildirirəm" - Ulf Kristersson rəsmi Tvitter hesabında yazıb.

İsveçin Xarici işlər naziri Tobias Billström isə islamofobik təxribatların qorxulu olduğunu deyib.

"İsveç geniş ifadə azadlığına malikdir, lakin bu bizim və ya İsveç hökumətinin ifadə olunan fikirləri dəstəklədiyimiz anlamına gəlmir" - o bildirib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR