İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç PKK üzvünü Türkiyəyə ekstradisiya edib

İsveç PKK üzvü olan şəxsi Türkiyəyə ekstradisiya edib.

APA TRT-yə istinadən xəbər verir ki, İsveç PKK üzvü olduğu üçün haqqında 6 il 10 ay həbs cəzası çıxarılmış Mahmut Tatı Türkiyəyə ekstradisiya edib.

Tat həbs cəzasına görə 2015-ci ildə İsveçə gedərək sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb.

Bir müddət əvvəl İsveçdə polis tərəfindən həbs olunan Tat Mölndaldakı təcridxanada saxlanılıb. Buradan isə o, təyyarə ilə Türkiyəyə göndərilib.

PKK üzvlüyünə görə 6 il 10 ay cəzası olan Mahmut Tatın məhkəmə prosesi tamamlandıqdan sonra həbsi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR