İnsanlara hürriyət, millətlərə istiqlal!

“İstiqlal” ordenli Rasim Balayev: “Bundan sonra özümə arzulayıram ki...”

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Prezident tərəfindən “İstiqlal” ordeni ilə təltif olunub.

Qeyd edək ki, avqustun 8-də Xalq artistinin 75 yaşı tamam olur.

Rasim Balayev öz təəssüratlarını Musavat.com-la bölüşüb:

“Əməyimə, zəhmətimə diqqət etdiyinə görə Prezidentimizə çox təşəkkür edirəm. O ki bu qədər çətin siyasi işlərinin arasında məni diqqətdə saxlayıb, dəyər verib, ona təşəkkür edirəm. Bu mənim üçün böyük mükafatdır.

O ki qaldı 75 yaşımda özümə nə arzulamağıma, arzu edirəm ki, Allah bundan sonra nə qədər ömür veribsə, onu sağlam yaşayım”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR