İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbuldakı terrorun qurbanları arasında ata və qızı da var- FOTO

 

Noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində baş verən terror zamanı 1 ailənin 2 üzvü həlak olub.

Musavat.com xatırladır ki, hadisə nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

Həlak olanlar arasında Yusuf Meydan adlı bir şəxs və 3 yaşlı qızı Ecrin də olub.

Daha sonradan məlum olub ki, Yusuf Meydan Adanada Uşaq Evləri Koordinasiya Mərkəzi İdarəsində çalışıb və ailəsi ilə İstanbula şəxsi işləri ilə bağlı gedibmiş.

Həlak olan 6 nəfərdən 2-sinin bir ailədən olması sosial şəbəkələrdə üzüntü ilə paylaşılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR