İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda terror törədən Əhlam Albaşirin yanındakı qadınlar KİMLƏR İMİŞ? 

İranın İRNA xəbər agentliyi Suriya vətəndaşı Əhlam Albaşirin Türkiyənin İstanbul şəhərində törətdiyi terror aktı ilə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, terrorçunun ilk görüntüsünü dərc edən İRNA kadrlardakı digər iki qadının İsrail vətəndaşı olduğunu açıqlayıb.

İsrailin Ynet qəzeti sözügedən qadınların kimliklərini açıqlayıb. Xəbərdə Natali Suisa və Or Atadeqi adlı qadınların Türkiyəyə istirahətə getdiyi və İsrailə qayıtdığı bildirilib. Onlar ən az 8 israilli qadınla tətildə olublar.

Ölkə mətbuatına danışan iki qadın hücum baş verdiyi günün tətillərinin son günü olduğunu və partlayış səsini eşitdikdən sonra dərhal hotelə doğru qaçdıqlarını bildiriblər.

“Biz möcüzə sayəsində sağ qaldıq” - Suisa deyib.

Hadisə zamanı ərazinin çox izdihamlı olduğunu bildirən israilli qadın terrorçunun kimliyi məlum olanda çox təəccübləndiklərini sözlərinə əlavə edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR