Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində partlayış törətməkdə şübhəli bilinən Suriyaəsilli Ahlam Albashırın evində axtarış aparılıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Albashırın evində aparılan axtarışlar zamanı 3 min 800 dollar, 5 min avro və 10 min lirə və çoxlu qızıl-zinət əşyaları ələ keçirilib.
Bundan başqa, hadisə ilə əlaqadar daha iki nəfər saxlanılıb. Bununla da saxlanılanların sayı 48-ə çatıb.
O da məlum olub ki, Ahlam İstanbula ər-arvad qiyafəsində kişi terrorçu ilə gəlib. Albashıra təxminən 1 kilo partlayıcı verərək İstiqlal küçəsinə göndərdiyi müəyyən edilən kişi terrorçu hər yerdə axtarılır.
Qeyd edək ki, terror hadisəsi zamanı 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.
Toğrul İSMAYIL
Musavat.com
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ