İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda fələstinli iş adamı öldürüldü - FOTO

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda içində iki fələstinlinin olduğu park halındakı avtomobilə naməlum şəxs tərəfindən silahlı hücum olub.

Məlumata görə, səsboğucu silahla edilən hücum zamanı sürücü oturacağında əyləşən fələstinəsilli, 30 yaşlı iş adamı A.K. həyatını itirib, onun dostu və həmvətəni F.M. və A.K.-nın mühafizəçisi E.K. isə yaralanıblar.

Hücum edən şəxs hadisə yerindən qaçıb.

A.K.-nın cəsədi morqa aparılıb, F.M. və E.K. isə təcili xəstəxanaya çatdırılıblar. F.M.-in vəziyyətinin ağır olduğu, E.K.-nın isə ayağından yaralandığı və durumunun qənaətbəxş olduğu bildirilir.

Araşdırma zamanı avtomobilə onlarla güllənin atıldığı məlum olub. Hadisə yerindən səsboğucu taxılmış tapança və çox sayda boş patron aşkar edilib.

Şübhəlinin tutulması üçün genişmiqyaslı araşdırmalara başlanılıb./Oxu.Az/

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR