İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda aksiya zamanı rus telekanalının türk reportyorları döyülüb

İstanbul polisi şəhərdəki etiraz aksiyalarını işıqlandıran “Rossia Today” telekanalının yerli müxbiri Yasin Ekeni və onun operatorunu döyüb.

Musavat.com TASS-a istinadla xəbər verir ki, reportyorlar dəyənək zərbələri alıblar, videokameralarından RT lövhələri qoparılıb, qaz maskaları sındırılıb, sonra isə onlara tərəf gözyaşardıcı qaz püskürdülüb.

Telekanal əməkdaşları kömək üçün xəstəxanaya gediblər.

Qeyd edək ki, martın 19-da İstanbul meri Əkrəm İmamoğlunun saxlanmasından bəri İstanbul, Ankara və İzmirdə kütləvi etiraz aksiyaları keçirilir. Hakimiyyətin martın 25-dək kütləvi etiraz və nümayişlər qadağan etsə də, 5 gündür bu şəhərlərdə axşam saatlarında müxalifətin mitinqləri keçirilir. Bildirilir ki, polislə aksiya iştirakçıları arasında vaxtaşırı lokal toqquşmalar baş verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR