İnsanlara hürriyət, millətlərə istiqlal!

“İstanbul kabab” şirkətinin sahibi olan erməni iş adamı intihar etdi

Rusiya vətəndaşı olan erməni iş adamı Artem Aslanyan Moskvada intihar edib.

Musavat.com Mash Telegram kanalına istinadən bildirir ki, onun cəsədi Vorobyovıy Qorı elit yaşayış kompleksinin ərazisində tapılıb.

İlkin məlumatlara görə, Aslanyan ölümündən əvvəl anasına səs yazısı yollayaraq, çoxlu sayda işlərdən və “ümumiyyətlə hər şeydən yorulduğundan” bəhs edib və bundan sonra o, intihar edib.
Yaşayış kompleksinin ərazisində iş adamının meyitini mühafizəçi tapıb. Ehtimal olunur ki, biznes problemləri intihara səbəb olub.

O da bildirilir ki, şənbə günü, oktyabrın 29-da iş adamının 39 yaşı tamam olub. O, restoran biznesi və yemək xidmətləri ilə bağlı beş şirkətin qurucusu imiş. Bu sırada "Moskva Food", "Park Management", "İstanbul Kabab", "Bluefin" və şəhərdəki başqa bir şirkət var.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR