İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailli qadından HƏMAS üzvləri ilə bağlı ŞOK AÇIQLAMA: "Bizə dedilər ki..."

İsrail və HƏMAS arasında girov razılaşması çərçivəsində azad edilən girovlardan biri Almoq Qoldşteyn İsrailin Kanal 12 televiziyasında yaşadıqlarından danışıb.

Musavat.com xəbər verir ki, 7 oktyabr hücumlarında uşaqları girov götürülən 48 yaşlı qadın əsirlikdə olduqları 51 gün ərzində İsrailin şiddətli bombardmanlarına məruz qaldıqlarını və HƏMAS-ın hərbi qanadı Əl Qəssam Briqadalarının onları qoruduğunu bildirib.

Qoldşteyn əsirlikdə olarkən gecə yarısı başlayan münaqişənin ortasında olduğunu deyib: “Biz küçədə, supermarketin yerləşdiyi bir yerdə idik. Birdən güclü bombardman başladı. Bizi ələ keçirən Qəssam Briqadaları qarşımızda dayanaraq bizi qorudular. Mən HƏMAS üzvlərindən birinə “Bizi öldürəcəklərmi?” sualını verdim və “Sizdən əvvəl öləcəyik” cavabını aldım".

Onun sözlərinə görə, HƏMAS üzvləri qadınlara çox hörmətlə yanaşıb:

“Onlar qadınlara hörmət edirdilər. Onların fikrincə, qadınlar müqəddəsdir və onlara toxunmaq qadağandır. Onlar üçün qadınlar kraliçadır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR