İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin yüzlərlə könüllü elitar əsgəri etiraz aksiyasına başladı

İsrail ordusunun yüzlərlə elitar ehtiyat əsgəri hökumətin məhkəmə sistemini köklü şəkildə dəyişdirmək planlarına qarşı çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” portalı məlumat yayıb.

Məlumata görə, hərbi kəşfiyyatın xüsusi əməliyyatlar departamentindən 450 zabit və əsgər, Kiberqoşunlardan 200 əsgərin daxil olduğu qrup bu aksiyaya qoşulub.

Xatırladaq ki, İsrail parlamenti (Knesset) məhkəmələrin və ya qanunvericilərin ölkənin baş nazirini vəzifəsindən kənarlaşdırmaq imkanlarını ciddi şəkildə məhdudlaşdıran qanunla bağlı dəyişikliklər qəbul edib.

Özünü “Alef” kimi təqdim edən bir kapitan yerli “Kan” ictimai radiosuna verdiyi müsahibədə ehtiyatda könüllü xidmətə son verdiyini açıqlayıb. Xüsusi Əməliyyat bölməsinin zabiti “Alef” digər könüllü əsgərləri “bu çevriliş cəhdi bitənə qədər” vəzifəyə getməməyə çağırıb.

İsrail ordusunun rəsmi əmrləri ilə xidmətə çağırılan ehtiyatda olan hərbçilərdən fərqli olaraq, Xüsusi Əməliyyatlar və Kiberqoşunlar vəzifələrinin xarakterinə görə fövqəladə hallar zamanı deyil, daha çox könüllü olaraq xidmətə çıxırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR