İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə dəhşətli meşə yanğınları: Azərbaycandan kömək istənildi

Bu gün səhər Qüds yaxınlığında başlayan meşə yanğınları sürətlə böyüyüərək qarşısıalınmaz hala gəlib.

Musavat.com EFE agentliyinə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün İsrail Azərabycan da daxil olmaqla, 13 ölkədən kömək istəyib.

İsrailin xarici işlər naziri Gideson Saar agentliyə deyib: "Son saatlarda mən Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarlarımla danışdım və onlardan meşə yanğınlarının söndürülməsi üçün hava dəstəyində kömək istədim". 

4d1f054f-65e7-42fe-9f5b-f214cb2ead1b.jpeg (37 KB)

Gideson Saar

İsrail hakimiyyəti Qüds yaxınlığındakı bir neçə yaşayış məntəqəsindən sakinləri təxliyyə edərək bir neçə yolu bağlamalı olub.

İsrailli həkimlər EFE-yə bildiriblər ki, indiyədək onlara tüstüdən xəsarət alan 19 nəfər müraciət edib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib. 

Beynəlxalq cavab: təyyarələr yoldadır

İsrailin Milli Təhlükəsizlik Şurası (NSC) təsdiqləyib ki, İtaliya və Xorvatiyadan üç ədəd “Canadair Superscooper” təyyarəsi artıq yola salınıb. Rumıniya iki təyyarə – biri yanğınsöndürmə, digəri isə logistik dəstək üçün – göndərəcəyini bəyan edib. İspaniya və Fransa da ümumilikdə üç təyyarə ilə yardım göstərəcəklərini bildiriblər.

Bundan əlavə, Ukrayna və Ekvador da dəstək verməyə hazır olduqlarını bildiriblər. Bəzi ölkələr isə helikopter dəstəyi təklif edib.

Təcili tədbirlər və Netanyahu-nun iştirakı

İsrailin daxili qüvvələri, xüsusilə Elad hava eskadronu və polis helikopterləri bütün gün ərzində alovla mübarizə aparıb. İsrail Hərbi Hava Qüvvələri ehtiyac olacağı təqdirdə “dərhal əməliyyat dəstəyi” göstərmək üçün hazır vəziyyətə gətirilib.

Baş nazir Benyamin Netanyahu FHN və Təhlükəsizlik Nazirliyi ilə mütəmadi müşavirələr keçirir, şəxsən komanda mərkəzinə baş çəkərək əməliyyatlara nəzarət edir.

Fələstin Muxtariyyəti də yardım təklif edib

“The Times of Israel”ə danışan təhlükəsizlik mənbəsinə görə, Fələstin Muxtariyyəti də öz yanğınsöndürmə dəstələrini İsrailə göndərməyə hazır olduğunu bəyan edib. Qeyd olunur ki, bu, ilk hal deyil – Fələstin tərəfi 2010 və 2016-cı illərdə İsraildəki yanğınlarla mübarizədə də iştirak etmişdi.

Bölgədə vəziyyət kritik olaraq qalır

İsrailin Yanğın və Xilasetmə Xidmətinin Qüds dairəsinin komandiri Şmuelik Fridman bildirib ki, bu, ölkə tarixində baş vermiş ən böyük yanğın ola bilər. Hazırda yanğınların tam nəzarət altına alınması üçün qarşıda uzun və çətin proses var.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR