Onlayn ictimai-siyasi qəzet
Tehranın təhdidləri davam edərsə, İsrail İrana daha böyük zərbələr endirəcək. Musavat.com xəbər verir ki, bu xəbərdarlıqla İsrailin müdafiə naziri İsrael Katz çıxış edib. O, Ramon Hərbi Hava Qüvvələri bazasını ziyarət etdikdən sonra X-də yazıb ki, ölkəsi həmçinin İranın Ali Rəhbəri Ayətullah Əli Xameneiyə hücum edə bilər: "Xameneyiyə açıq mesaj var: İsrailə qarşı təhdidlər davam edərsə, bizim uzun qolumuz daha böyük güclə yenidən Tehrana və bu dəfə şəxsən onun özünə çatacaq".
Müdafiə naziri bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə hava bazasına İrana qarşı əməliyyat zamanı “pilotlara və yerüstü heyətə inanılmaz işlərinə görə təşəkkür etmək” üçün gəlib.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ