İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-Türkiyə münasibətlərinin normallaşmasını kimlər istəmir - rəylər

İsrailin Bney-Brak şəhərində silahlı hücum zamanı 5 nəfər həyatını itirib. APA-nın xəbərinə görə, bu barədə rəsmi Kan radiosu məlumat verib. Hadisəni törədən şəxs zərərsizləşdirilib. İsrailin baş naziri Naftali Bennet təhlükəsizlik strukturlarının nümayəndələri ilə məsələni müzakirə edib.

Terror aktı bir sualı yenidən gündəmə gətirib.

Bu, İsrailin son aylar Türkiyə açılımına və ərəb dünyası ilə münasibətləri düzəltməyə çalışmasına reaksiya ola bilərmi?

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, İsraildə baş verən hadisənin təfsilatları məlum olmadan dəqiq söz demək çətindir: “Ancaq biz onu deyə bilərik ki, Türkiyənin Yaxın Şərqdə və Ukrayna istiqamətində geosiyasi fəallığı Qərbi ciddi narahat edir. Qərb Türkiyənin İsrail-ərəb məsələsində fəallaşmasından narahatdır.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov: “Qərb Türkiyənin İsrail-ərəb məsələsində fəallaşmasından narahatdır”

Buna görə də hələ bölgədə çox şey baş verə bilər. Məsələlərə dərhal reaksiya verməkdə ehtiyatlı davranmaq lazımdır. Türkiyə yəhudi iş adamları ilə də işlər qurur. Yəhudi biznesi İsrailə yumşaldıcı təsir vasitəsi kimi və ərəblərlə ünsiyyət üçün istifadə edilə bilər”.

Siyasi yazar Kənan Rövşənoğlu bu hadisənin gözlənilən olduğunu qeyd etdi: “Son 3 silahlı hücumun ərəb ölkələri nazirlərinin İsrailə səfəri ərəfəsində baş verməsini planlı şəkildə ərəb-İsrail barışığına təpki hesab etmək olar. Ümumiyyətlə, son ərəb açılımından sonra bu cür hadisələr gözlənilən idi. Çünki İsrail, bilindiyi kimi, ABŞ-ın dəstəyi ilə ərəb ölkələri ilə münasibətləri inkişaf etdirir. Amma bu əlaqələr yuxarı səviyyədə aparılır, yəni barışıq ərəb hakim elitaları ilə İsrail arasındadır. Kütlələrin mövqeyi məlum deyil və nəzərə alınmır. Aydın məsələdir ki, sərt xətt tərəfdarları, xüsusən də İsrail-Fələstin münaqişəsi məsələsində barışmaz olan qruplar narazıdır.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “İsrail-Fələstin münaqişəsi məsələsində barışmaz olan qruplar narazıdır”

Çünki barışıq olsa da, faktiki olaraq Fələstin münaqişəsi məsələsində hər hansı dəyişiklik yoxdur. Bu da, əlbəttə, sərt xətt tərəfdarlarını haqlı göstərir. Buna görə də bu cür hücumlar gözlənilən idi. Başqa sözlə, son günlərdə baş verən 3 silahlı hücum radikal qanadın yuxarıdan aparılan barışıq prosesinə müqavimət cəhdidir. Amma bu cür hücumların nəticə verməsi real deyil. Proses yəqin ki, davam edəcək. Çünki təcrübə göstərir ki, belə hücumlar ümumi prosesə təsir etmir. Ancaq ehtimal etmək olar ki, bu cür hücumlar İsraildə radikalizmi artırsın, qarşıdurma dərinləşsin və nəticədə kütləvi aksiyalar baş versin. Amma bunlar ehtimaldır, ABŞ-in Qüds qərarı zamanı da kütləvi etirazlar gözlənilsə də olmadı”.

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Bu cəhdlər İsrailin apardığı siyasətin qarşısını ala bilməyəcək”

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bu hadisəni İsrail hökumətinə xəbərdarlıq kimi görür: “İsraildə baş veren terror təbii ki, daxildə siyasi hakimiyyətə etirazdır. Ərəb ölkələri ilə sülh və əməkdaşlıq görünür ki, daxildə müəyyən qrupları narahat edir. Fələstin və Misirlə əlaqələr normallaşma prosesinə keçdikdə belə bir terror baş nazirlərinə də olmuşdu. Amma bu heç də İsrailin apardığı siyasətin qarşısını ala bilməyəcək. Hazırkı proseslər ona doğru gedir. İsrailin siyasi hərbi sferasında ərəb ölkələri ilə əməkdaşlığı təhlükə görənlər var. Hesab edirlər ki, İsrail hakimiyyəti güzəştə gedə bilər. Ona görə də bu kimi terrorlar həyata keçirilir. Qeyd edim ki, regiona ABŞ dövlət katibi də gələcək. Yaxın Şərqdə yeni bir siyasi nizam formalaşır. Burada tətbiq olunan siyasətdə İsrailin rolu daha da təsirli olmalıdır. İranın nüvə anlaşmasında olması, İsrail hakimiyyətinin bunun qarşısını ala bilməməsi, ərəb ölkələri ilə açılım siyasəti edilməsi ilə hesab edilir ki, İsrailin siyasəti zəifləyəcək. Regionda dəyişikliklər baş verir və hökumətə xəbərdarlıqdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR