İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu Livanda hücum planını təsdiqlədi

İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti iyunun 18-də qurumun Livanda hücum üçün döyüş planlarını təsdiqlədiyini bildirib.

Eyni zamanda İsrailin xarici işlər naziri Eli Koen genişmiqyaslı müharibə olacağı təqdirdə Livan "Hizbullah"ının məhv ediləcəyini bəyan edib.

"Vəziyyətin qiymətləndirilməsi çərçivəsində Livanda hərbi hücum əməliyyatları planları təsdiq edilib və yerlərdə qoşunların döyüş hazırlığının artırılmasının davam etdirilməsi ilə bağlı qərarlar qəbul edilib", - deyə İDF mətbuat xidməti bildirib.

"Hizbullah" lideri Həsən Nəsrullah Qəzza zolağında müharibə fələstinlilərin xeyrinə bitməsə, İsraillə genişmiqyaslı döyüşlərə icazə verib. İsrail Müdafiə Nazirliyi HƏMAS ilə danışıqların nəticəsindən asılı olmayaraq, İsrail ordusunun "Hizbullah"a qarşı hücumlarını gücləndirəcəyini qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR