Onlayn ictimai-siyasi qəzet
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Qəzza zolağında HƏMAS-ın istehsalat qərargahının silah hazırlıqları üzrə rəhbəri Başar Tabiti məhv etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, İsrail ordusunun yaydığı rəsmi məlumata görə, Tabit Qəzza zolağında terrorçu qruplaşmaların silah arsenalının bərpası və gücləndirilməsi ilə məşğul olub.
Hədəfli zərbə nəticəsində onun zərərsizləşdirildiyi bildirilir. Bu əməliyyat, İsrailin HƏMAS-ın hərbi potensialını zəiflətmək üçün həyata keçirdiyi ardıcıl zərbələrin bir hissəsi kimi qiymətləndirilir.
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ