İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail nazirləri BUNKERƏ QAÇDI – İran qisas ANDI İÇİR!  

İranın sürətlə genişlənən nüvə proqramı ilə bağlı artan gərginlik fonunda İsrail Hərbi Hava Qüvvələri bu gecə İranın paytaxtındakı bir neçə nüvə proqramını həyata keçirən vacib obyektlərinə zərbələr endirib.

Zərbələr ölkə daxilində bir çox nüvə obyektinə endirilib və ölkənin əsas nüvə zənginləşdirmə obyektini isə zədələnib.

"Zərbələrin miqyası haqqında ilkin məlumatlar onu deməyə əsas verir ki, həyaya keçirilmiş hücumlar İranın 1980-ci illərdə İraqla müharibəsindən sonra ölkənim üzləşdiyi ən ciddi hücumdur".

Musavat.com bildirir ki, bu barədə politoloq Yeganə Hacıyeva bildirib.

Politoloq qeyd edir ki, hücumlardan sonra İranın cavab zərbəsi ehtimalı ilə İsrail öz hava məkanını bağlayıb və ölkənin rəsmiləri bütün kabinet olaraq bunkerlərə çəkilib:

"İsrail həmçinin İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri də daxil olmaqla, İranın yüksək səviyyəli hərbi rəhbərləri və ailələrinin yaşadığı mülki binaları da hədəfə alıb.

İlkin məlumatlarda İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqerinin ailəsi ilə birlikdə öldürüldüyü bildirilir.

İran dövlət televiziyası isə zərbələr nəticəsində İnqilab Keşikçiləri Korpusunun lideri general Hüseyn Səlaminin ailəsi və yüksək çinli mühafizəçisi ilə birğə öldürüldüyünü, həmçinin iki nüvə aliminin öldürüldüyünü elan edib.

Hücumlardan sonra İranın cavab zərbəsi ehtimalı ilə İsrail öz hava məkanını bağlayıb və ölkənin rəsmiləri bütün kabinet olaraq bunkerlərə çəkilib. İran isə ümummilli fövqəladə vəziyyət elan edib.

Rəsmi Vaşinqtonda İranı nüvə zənginləşdirmə proqramı ilə bağlı davam edən danışıqlar fonunda İsrailin hücumlarına qarşı xəbərdarlıq etmişdi.
Zərbələrdən həmən sonra ABŞ Dövlət Departamenti bu prosesdə iştirak etmədiyini bildirib.

ABŞ Dövlət Departamenti hücumların fonunda İranı istər Yaxın Şərqdə, istərsə də diğər regionlarda bu ölkənin maraqlarına və ya şəxsi heyətinə qarşı hər hansı bir cavab tədbirinə qarşı xəbərdarlıq edib".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR